Rentgen və qamma-şüalanma dozimetri PM1211

Təsviri

  • ДКГ-PM1211 seriyalı qamma-şüalanma dozimetrlərinin qamma və rentgen şüalanmanın EDG və ED-ın fasiləsiz ölçülməsi, həmçinin ionlaşdırıcı şüalanma mənbəyi yaxınlığında təhlükəsiz qalma vaxtına nəzarəti üçün nəzərdə tutulmuşdur.

İş prinsipi

Foton şüalanmasının EDG və ED-ın ölçülməsi Heyger-Müller sayğacı əsasında quraşdırılmış enerji kompensasiyalı detektor sayəsində həyata keçirilir. Cihazın iş alqoritmi ölçmə prosesinin fasiləsizliyini, həmçinin cihazın radiasiya intensivliyindəki dəyişikliklərə sürətli uyğunlaşmasını təmin edir. Müəyyən edilmiş hədlər (MED və ED üzrə) keçərsə, cihaz səs və işıq siqnalları verir. Dozimetrlərdə cari vaxt, tarix və temperaturu göstərmək funksiyası təmin edilib. Cihazın enerjidən asılı olmayan yaddaşı ölçmə tarixçəsini saxlamağa və toplamağa imkanı verir.