Qamma-rentgen fərdi dozimetri PM1621A

Təsviri

  • PM1621A seriyalı dozimetrlər həm qamma, həm də rentgen şüalanmasından ekvivalent doza və ekvivalent doza gücünü ölçmək üçün nəzərdə tutulmuş peşəkar enerji kompensasiyalı alətlərdir. Alətlər çox həssasdır və təbii radiasiya fonunda ən kiçik dəyişiklikləri qeydə alır. Hermetik və zərbəyə davamlı korpus və LCD ekranda flüoresan işıqlandırma sərt və əlverişsiz mühitlərdə işləməyə imkan verir.

    PM1621A seriyalı alətlərdən qamma və rentgen şüalarına məruz qalan hüquq-mühafizə və təhlükəsizlik orqanları, alimlər, tibb və digər mütəxəssislər tərəfindən istifadə edilməsi tövsiyə olunur

İş prinsipi

ДКГ-РМ1621А dozimetrləri elektrik enerjisindən asılı olmayan yaddaşla təchiz olunublar, hansıda ki, doza gücünün ölçmələri, toplanmış dozanın qiymətləri, müəyyən edilmiş həyəcan hədlərini aşma hallarını və səviyyələrinin tarixçənin 1000-ə qədər hadisəsi saxlanılır. İnfraqırmızı (İQ) rabitə kanalını istifadə edərək, cihazın elektrik enerjisindən asılı olmayan yaddaşından məlumat sonrakı emal və təhlil üçün personal kompüterə ötürülə bilər, həmçinin nəzarət sistemi çərçivəsində və personalın şüalanma dozalarının qeydə alınması müvafiq məlumat bazaları şəklində təqdim edilə bilər.

Hermetik, zərbəyə davamlı korpus cihazları əlverişsiz iş şəraitində istifadə etməyə və lazım olduqda dozimetrləri dezaktivasiya etməyə imkan verir, lüminessens işıqlandırma isə xarici işıqlandırma olmadıqda ekrandan məlumatları asanlıqla oxumağa imkan verir