İnformasiya Tablolu Radiasiya Nəzarət Sistemi РМ520М
Təsviri
-
İT-РМ520М sistemi müxtəlif obyektlərdə radiasiya vəziyyətini izləmək və radiasiya təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
İT-PM520M-in 3 versiyası var:
İT-РМ520М-01 – EDG-ü, cari vaxt və temperatur ekranda əks olunur;
İT-РМ520М-02 – EDG-ü və cari vaxt ekranda əks olunur;
İT-РМ520М-03 – yalnız EDG-ü ekranda əks olunur.
İş prinsipi
İT-PM520M sistemi bir ədəd məlumat lövhəsindən, məlumatların emal blokundan (MEB) və bir ədəd qamma şüalanmanı aşkarlama detektorundan (QD) ibarətdir.
İT və QD bu elementləri enerji ilə təmin edən RS-485 rabitə xətləri vasitəsilə MEB-na qoşulur. Bu əlaqə xətlərinin uzunluğu 1000 m-ə qədər ola bilər.
Enerji təchizatı, 12-24 V gərginliyi olan bir DC şəbəkəsindən aparılır -İT-PM520M tərkibi standart dəyişən şəbəkədən işləyən 220V / 12V çevirici adapteri əlavə oluna bilər (istəyə uyğun).
Qamma detoktor (QD), mühitin ekvivalent doza gücünün (EDG) daimi ölçülməsini təmin edir və ölçmə nəticələri informasiya tablosunda (İT) əks olunur.
Program təminatı (PT) ekvivalent doza gücünə (EDG) hədd qoymağa imkan verir. EDG həddinin aşılması halında səs və işıq siqnalizasiyası işə düşür. İT-PM520M-in dəstinə istəyə uyğun olaraq xarici tipli səs və işıqlı siqnalizasiya əlavə oluna bilər . Məlumatların emal bolku (MEB) İT-PM520M-nin iş informasiyasının saxlanılması üçün enerjidən asılı olmayan yaddaşa yaddaşa malikdir. MEB tənzimləmələr diaqnostika və yaddaşda saxlanılan informasiyaya baxmaq üçün USB interfeysi ilə personal kompyuterə qoşula bilər.